“Oyunçularda çaşqınlıq var idi” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirilən oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, baş məşqçi 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyuna çox pis başladıq, qapımıza iki qol gəldi. Oyunçularda çaşqınlıq var idi. Birinci hissəyə pis başladıq. Lakin ikinci hissədə yaxşı başlanğıc etdik. Buna rəğmən, rəqibin müdafiə xəttini yara bilmədik.

“Turan Tovuz”un azarkeşləri mənə qarşı şüarlar səsləndirirdi? Açığı, mən də oyunboyu bilmədim, başa düşmədim onu. “Turan Tovuz” mənə doğma komandadır. Fikir bildirməyəcəm. Çünki səbəbini bilmədim”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button