“Ordu” və “Sumqayıt”dan qələbə

Azərbaycan Basketbol Liqasında 11-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.

B qrupunu əhatə edən matçlarda Bakı İdman Sarayında “Naxçıvan”la qarşılaşan “Ordu” 86:64 hesablı qələbə qazanıb. “Sumqayıt” isə Sumqayıt Olimpiya İdman Kompleksində “Lənkəran”a 99:95 hesabı ilə qalib gəlib.

Daha iki matç sabah baş tutacaq. NTD – “Gəncə” və “Sabah” – “Neftçi” matçları isə təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button