Onun üçün 110 milyon verməyəcəyik – Qvardiola


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, son günlərdə adı komandayla hallanan “Vulverhempton”un futbolçusu Ruben Neveslə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Qvardiola, 21 yaşlı yarımmüdafiəçini transfer etməyəcəklərini deyib:

“Bir ay əvvəl Ruben Neveslə bağlı xəbərləri oxumağa başladım. Belə bir şey olmayacaq. Bu tərz bir yarımmüdafiəçi üçün 110 milyon avro ödəməyəcəyik. Bizim də bəzi limitlərimiz var və pulları çox xəcləmək niyyətimiz yoxdur”.

2017-ci ildə “Portu”dan transfer edilən Nevesin “Vulverhempton”la 2023-cü ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button