“Ondan hər oyunda qələbə gözləyirsiz?”

İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin de Bruyne “Anderlext”də çıxış edən keçmiş komanda yoldaşı Vensan Kompani ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçən mövsümün sonunda “şəhərlilər”dən ayrılaraq, “Anderlext”ə transfer olunan Kompani ilə bağlı danışan belçikalı futbolçu, bunları deyib:

“O, təxminən iki aydır ki, məşq edir. Ondan hər oyunda qələbə gözləyirsiz? Futbolda belə hallar olmur. Düşünürəm ki, Kompaninin uğursuzluğunu istəyən bir çox insan var. Bu qədər iş görmək, oynayan məşqçi olmaq bəzi insanların xoşuna gəlmir. Onu çox yaxşı tanıyıram, o, bu kimi fikirlərə əhəmiyyət verməz. Aydındır ki, o, xal baxımından yaxşı start vermədi. Bunu başa düşürəm, çünki o, “Mançester Siti”də olduğu kimi oynamağa çalışır. Ona vaxt lazımdır. Bu olsa, onun üçün hər şey əla olacaq”.

Bu yay İngiltərənin “Mançester Siti” klubundan ayrıldıqdan sonra “Anderlext”də oynayan məşqçi kimi fəaliyyətə başlayan Kompani, bir müddət əvvəl uğursuz nəticələr səbəbindən istefaya göndərilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button