“Olimpiakos”un futbolçusu: “Onlar bizə əlavə güc verdilər”

“Olimpiakos”un (Yunanıstan) futbolçusu Tanasis Andrutsos Çempionlar Liqasının 2-ci mərhələsinin “Neftçi” ilə ilk matçından sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Tanasis, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Qələbə qazanmaq vacib idi. Təbii ki, qarşıda hələ bir oyunumuz var. Görək, necə olacaq. Bu oyunu təhlil etmək üçün vaxtımız olacaq.

Azarkeşləri yenidən tribunada görmək möhtəşəmdir. Onlar bizə əlavə güc verdilər. Möhtəşəm idi”.

“Olimpiakos” ilə “Neftçi” arasındakı cavab matçı iyulun 28-də, Bakıda olacaq.