Okan Buruk Azərbaycan millisinin baş məşqçisi olmaqdan imtina etdi

Türkiyəli mütəxəssis Okan Buruk Azərbaycan millisinin “sükanı arxasına” keçməkdən imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb. 48 yaşlı mütəxəssis AFFA-nın təklifini qəbul etməyib.

Okan Burukun hazırda ölkə xaricində işləmək istəmədiyi üçün bu addımı atdığı bildirilir.

Türkiyə mətbuatı daha əvvəl Samet Aybabanın AFFA ilə anlaşdığını yazmışdı.

Hazırda Azərbaycan millisinin baş məşqçisi italiyalı Canni De Byazidir. Onun AFFA il müqaviləsi bu ay başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button