“Yuventus”un transfer planlarının nə olduğunu bilmirəm, amma bizim planımız budur”

Son vaxtlar “Yuventus”un transfer etmək istədiyi deyilən “Çelsi”nin futbolçusu Jorjinyo ilə bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun meneceri Joao Santos “qoca sinyora”dan təklif almadıqlarını bildirib:

“Bu barədə xəbərləri oxumuşam, amma onlarla əlaqəmiz olmayıb. Nə “Yuventus”un baş məşqçisi Mauritsio Sarri, nə də klubun idman direktoru Fabio Paratiçi məndən Jorjinyo ilə bağlı məlumat istəyib. Hazırda bu haqda heç bir şey bilmirəm. O, Londonda çox xoşbəxtdir və klubla daha üç illik müqaviləsi var. Bundan başqa, iyul ayında müqaviləni uzatmaq üçün “Çelsi” ilə danışıqlara başlaya da bilərik. “Yuventus”un transfer planlarının nə olduğunu bilmirəm, amma bizim planımız budur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button