Ten Haq: “Başqa heç kim bir daha bunu edə bilməyəcək”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın keçmiş çalışdırıcısı Aleks Ferqyuson haqda danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, şotlandiyalı mütəxəssisin adının Premyer Liqanın “Şöhrət Zalı”na daxil edilməsinə münasibət bildirib:

“O, futboldakı məşqçilər üçün bir meyardır. “Mançester Yunayted”i necə formalaşdırıb, necə idarə edib, necə məşq elətdirib… O, 13 dəfə İngiltərə çempionatının qalibi olub. Başqa heç kim bir daha bunu edə bilməyəcək. Bu, möhtəşəm performansdır”.

Aleks Ferqyuson və Arsen Venger adları Premyer Liqanın “Şöhrət Zalı”na daxil edilmiş ilk mütəxəssislərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button