Hazard da ABŞ-a gedir

“Real”ın yarımmüdafiəçisi Eden Hazard “kral klubu”ndan ayrıldıqdan sonra karyerasını davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, MLS-ə gedə bilər. Belçikalı ona təklif ediləcək layihəni diqqətlə nəzərdən keçirmək fikrindədir.

İyunun 3-də La Liqa klubu 32 yaşlı futbolçu ilə müqaviləyə xitam vermək üçün qarşılıqlı razılıq əldə edib.

Belçika millisinin keçmiş üzvü Madrid təmsilçisinin heyətində 76 oyuna çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. O, “Real”ın heyətində iki dəfə İspaniya La Liqasını (2019/20, 2021/22), bir dəfə ölkə kubokunu (2022/23), iki dəfə İspaniya superkubokunu (2019/20, 2021/22) və 2021/22 mövsümündə UEFA Çempionlar Liqasını qazanıb.

Xatırladaq ki, argentinalı futbolçu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button