“Nyukasl” “Liverpul”un təklifini rədd edib

“Liverpul” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşlə maraqlanır.

Komanda.az AS-a istinadən xəbər verir ki, mersisaydlılar transfer pəncərəsinin son günlərində 25 yaşlı braziliyalı futbolçu üçün 100 milyon funt-sterlinq təklif etsə də, “Nyukasl”dan qəti şəkildə rədd cavabı alıb.

Gimarayeş 2022-ci ilin yanvarından “Nyukasl”da çıxış edir. O, bu mövsüm “sağsağanlar”ın heyətində 4 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button