“Nyukasl” braziliyalı ilə müqaviləni uzadıb

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş klubu ilə müqaviləsini uzadıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun yeni müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Gimarayeş 2022-ci ilin yanvarından “sağsağanlar”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 10 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button