Nurməhəmmədovdan AÇ-də bürünc medal

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər mübarizəyə start vermişdi.

Əhmədnəbi Qvarzatilov startda Almaniya güləşçisinə vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finalda ukraynalı rəqibinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qvarzatilov aprelin 21-də təsəlliverici görüşə çıxıb və bolqar güləşçini mübarizədən kənarlaşdırıb. Dünya çempionu Beka Lomtadzeylə gərgin keçən mübarizədən məğlub ayrılan Əhmədnəbi 5-ci yerlə kifayətlənib.

Əşrəf Aşırov üçün AÇ-də debüt uğurlu alınmayıb. Həmyerlimiz ilk mərhələdə türk həmkarına minimal fərqlə uduzub.

Hacımurad Məhəmmədsəidov 1/8 finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub. Təmsilçimiz zədələndiyi üçün təsəlliverici görüşə də çıxmayıb.

Osman Nurməhəmmədov ilk görüşdə alman güləşçi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü Bolqarıstan idmançısına da qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olan Osman aprelin 21-də bürünc medal uğrunda görüşə çıxıb. Böyüklərin qitə birinciliyində debüt edən Nurməhəmmədov ukraynalı rəqibini üstələyərək yığmamıza sonuncu medalı qazandırıb.

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya) 10:0
1/4 final: Əhmədnəbi Qvarzatilov – Andrey Celep (Ukrayna) 9:12
Təsəlliverici görüş: Əhmədnəbi Qvarzatilov – Vladimir Yeqorov (Makedoniya) 6:2
Bürünc medal görüşü: Əhmədnəbi Qvarzatilov – Beka Lomtadze (Gürcüstan) 7:9

74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Eryılmaz (Türkiyə) 2:3

86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya) 2:10
Təsəlliverici görüş: Hacımurad Məhəmmədsəidov – Nazim Amin (San-Marino) -:+

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya) 10:4
1/4 final: Osman Nurməhəmmədov – Axmed Maqamayev (Bolqarıstan) 7:2
1/2 final: Osman Nurməhəmmədov – Maqomed Kurbanov (Rusiya) 3:6
Bürünc medal görüşü: Osman Nurməhəmmədov – Andril Vlasov (Ukrayna) 5:0