Nuriyev oynamadı, komandası uduzdu

Futbol üzrə Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Dnepr-1” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.

Nuriyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Kolos” 11 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.