“…bundan bizə qarşı istifadə etməyə çalışırlar” – “Liverpul”un qapıçısı

“Liverpul”un qapıçısı Alisson Bekker Premyer Liqanın 3-cü turunda “Mançester Yunayted”ə məğlub olmalarının (1:2) səbəblərindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı qapıçı, növbəti turlarda mükəmməl oynamalı olduqlarını deyib:

“Komandalar bizimlə oynayanda nə etdiyimizi bilir və bundan bizə qarşı istifadə etməyə çalışırlar. Bu, çox vaxt bizə kömək edən bir şeydir, lakin bəzən cəzalandırılırıq. “Mançester Yunayted”lə oyunda da məhz belə oldu.

Növbəti oyunda daha mükəmməl olmalıyıq. Çətindir, amma birlikdə olsaq, bunu edəcəyik, təkmilləşəcəyik”.

Premyer Liqanın üçüncü turundan sonra mersisaydlılar turnir cədvəlində 16-cı yerdədir, “Mançester Yunayted” isə 14-cü pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button