“Növbəti aydan azarkeşlərin oyunlarda iştirakına icazə veriləcəyinə inanırıq”

İtaliya A Seriyasında azarkeşlərin stadionlara mümkün qayıdışı ilə bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli futbol federasiyasının prezidenti Qabriel Qravina məlumat verib:

“A Seriyası bu mövsüm daha həyəcanlı keçir, müəyyən sürprizlərə şahidlik edirik. Amma əsas qəhrəman hesab olunan azarkeşlər stadionda deyillər. Onların oyunlarda iştirakı ilə bağlı dəqiq məlumat verə bilmirik. Ümid edirəm ki, bu yolda ilk addımı yanvar ayında ata bilərik. Növbəti aydan azarkeşlərin oyunlarda iştirakına icazə veriləcəyinə inanırıq. Bu qərar sağlamlıq vəziyyətinə uyğun qəbul ediləcək”.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq keçən ilin yazından oyunlarda azarkeşlərin iştirakına icazə verilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button