Norveç klubu “Qarabağ”ın hücumçusunu transfer edir?

Norveçin “Volerenqa” klubunun idman direktoru Yorgen İngebriqtsen “Qarabağ”ın futbolçusu İbrahima Vadjini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata müsahibəsində seneqallı hücumçunun xidmətində maraqlı olmadıqlarını bildirib.

O, ötən yay belə bir fikirlərinin olduğunu bildirsə də, hazırda ümumiyyətlə, ön xətt oyunçusu almaq istəmədiklərini vurğulayıb.

İbrahima Vadji “Qarabağ”a cari mövsümün əvvəlində Norveçin “Hauqesund” komandasından keçib. 27 yaşlı forvard Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button