Milli komandanın “sükan”ı Slota tapşırıla bilər

“Liverpul”un sabiq çalışdırıcısı Arne Slot yaxın vaxtlarda məşqçiliyə qayıda bilər.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Ronald Kumanın əvəzinə Niderland millisinin baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur. Kumanın müqaviləsinin müddəti iyulun sonunda başa çatacaq.

Niderland millisi DÇ-2026-da uğursuz çıxış edib. Komanda qrupunu birinci pillədə başa vursa da, 1/16 finalda Mərakeş millisinə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasında məğlub (2:3) olaraq, mübarizəni dayandırıb.

Niderlandlı mütəxəssis Slot iki il “Liverpul”a rəhbərlik edib. O, ötən mövsümün sonunda qeyri-qənaətbəxş nəticələrə görə postundan uzaqlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button