Neymarın “Barselona”ya qayıdışını çətinləşdirən nədir?

PSJ-nin hücumçusu Neymar “Barselona”ya qayıda bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “Barsa” Lionel Messinin ABŞ-ın “İnter Mayami” klubuna keçidindən sonra hücum xəttini gücləndirmək üçün müxtəlif variantlar düşünür. Braziliyalı Neymar da həmin seçimlər arasında yer alır.

Amma 31 yaşlı futbolçunun “Barsa”da alacağı maaşın məbləği və PSJ-nin onun transferi üçün irəli sürəcəyi şərtlər keçidi çətinləşdirə bilər.

“Sambaçı” 2013-2017-ci illərdə İspaniya klubunda forma geyinib. Onun Fransa təmsilçisi ilə sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Neymar 2022/23 mövsümündə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button