Neymar PSJ-dən ayrılır?

PSJ-nin hücumçusu Neymar gələcək karyerası haqda danışıb.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, o, tezliklə Braziliyanın “Santos” klubuna qayıdacağını bildirib:

“Bir gün oraya qayıdacağam. Bu, tezliklə baş verə bilər”.

Xatırladaq ki, “sambaçı” 2009-2013-cü illərdə adıçəkilən klubda forma geyinib. 31 yaşlı futbolçu 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Neymar 2017-ci ildən Fransanın PSJ klubunda mübarizə aparır.

Cari mövsümdə o, Liqa 1 təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button