“Neymar PSJ-dən getsə, hər şey çox çətin olacaq” – Silva

Fransanın PSJ klubunun müdafiəçisi Tyaqo Silva komandadakı gələcəyi müzakirə olunan Neymarla bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, Neymarın klubdan ayrılmamasını istədiyini deyib:

“Neymar hər komanda üçün vacib bir futbolçudur. O, “Barselona” üçün də belə idi, bizim üçün də belədir. Onun komandada qalıb-qalmayacağını bilmirəm. Bu, onunla klub arasında olan məsələdir. Biz buna müdaxilə edə bilmərik. Amma ümid edirəm ki, Neymar komandada qalacaq. Bu istəyimi ona da bildirmişəm. O, bizimlə qalsa, mövsümün sonunda çox xoşbəxt olacağımıza inanıram. O, hələ də bizə çox kömək edə bilər. Neymar PSJ-dən getsə, hər şey çox çətin olacaq”.

Neymar üçün “Barselona” və “Real”ın transfer danışıqlarını davam etdirdiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button