“Neftçi”nin potensial rəqiblərindən heç-heçə, “Başakşəhər”dən qələbə

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə 28 qarşılaşma baş tutub.

Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də növbəti matçına çıxıb. “Ağ-qaralar” Bakıda Avstriyanın “Rapid” (Vyana) komandası ilə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib.

Bu komandaların pley-offdakı potensial rəqibləri olan Lixtenşteynin “Vaduts” və Türkiyənin “Konyaspor” klubları isə ilk oyunda qalibi müəyyənləşdirə bilməyiblər. Vaduts şəhərindəki “Reynpark” stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Türkiyənin bu turnirdəki digər təmsilçisi “Başakşəhər” də İslandiyada “Breydablik”lə qarşılaşıb və inamlı qələbəyə sevinib.

Bu mərhələnin cavab oyunları avqustun 11-də keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
3 avqust

Riqa (Latviya) – Jil Visente (Portuqaliya) 1:1
Viborq (Danimarka) – B36 Torshavn (Farer adaları) 3:0
Volfsberger (Avstriya) – Qzira Yunayted ((Malta) 0:0
Dunayska Streda (Slovakiya) – Styaua (Rumıniya) 0:1

4 avqust

KuPS (Finlandiya) – Yanq Boyz (İsveçrə) 0:2
RFS (Latviya) – Hibernians (Malta) 1:1
Spartak (Trnava, Slovakiya) – Rakuv (Polşa) 0:2
Payde (Estoniya) – Anderlext (Belçika) 0:2
AİK (İsveç) – Şkendiya (Şimali Makedoniya) 1:1
APOEL (Kipr) – Kızıljar (Qazaxıstan) 1:0
ÇSKA (Sofiya, Bolqarıstan) – Sent Patriks (İrlandiya) 0:1
Lilleström (Norveç) – Antverpen (Belçika) 1:3
Makkabi (Təl-Əviv, İsrail) – Aris (Yunanıstan) 2:0
Molde (Norveç) – Kişvarda (Macarıstan) 3:0
Neftçi (Azərbaycan) – Rapid (Avstriya) 2:1
Şaxtyor (Soliqorsk) – ÇFR Kluj (Rumıniya) 0:0
Slaviya (Praqa, Çexiya) – Panatinaikos (Yunanıstan) 2:0
Vikinq (Norveç) – Slayqo Rovers (İrlanidya) 5:1
Zarya (Ukrayna) – Universitatya (Krayova, Rumıniya) 1:0
Hamrun Spartans (Malta) – Levski (Bolqarıstan) 0:1
Çukariçki (Serbiya) – Tvente (Niderland) 1:3
Ballkani (Kosovo) – Klaksvik (Farer adaları) 3:2
Luqano (İsveçrə) – Hapoel (Beer-Şeva, İsrail) 0:2
Sepsi (Rumıniya) – Yurqarden (İsveç) 1:3
Vaduts (Lixtenşteyn) – Konyaspor (Türkiyə) 1:1
Brondbü (Danimarka) – Bazel (İsveçrə) 1:0
Breydablik (İslandiya) – Başakşəhər (Türkiyə) 1:3
Vikinqur (İslandiya) – Lex (Polşa) 1:0
Fehervar (Macarıstan) – Petrokub (Moldova) 5:0
Dandi Yunayted (Şotlandiya) – Alkmaar (Niderland) 1:0
Hayduk (Xorvatiya) – Vitoriya (Portuqaliya) 3:1
Zrinski (Bosniya və Herseqovina) – Tobol (Qazaxıstan) 1:0