“Neftçi”nin olduğu turnirdə vəziyyət gərginləşib

“Fənərbaxça” klubu Rusiya ilə Türkiyə arasında yaşanan gərginlik fonunda təhlükəsizlik tədbirlərini artırmaq qərarına gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb. Məlumatda bildirilir ki, hazırkı siyasi vəziyyət Sankt-Peterburqdakı “Matç TV kuboku”nda iştirak edən “Fənərbaxça”nın futbolçuları üzərində ciddi təzyiq yaradır. Bu səbəbdən, Türkiyə klubu təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

“Fənərbaxça” artıq Sankt-Peterburqda “Zenit”lə qarşılaşıb (0:0, 3:4 pen.). İstanbul komandası turnir çərçivəsində Azərbaycanın “Neftçi” və Serbiyanın “Srvena Zvezda” klubları ilə də qarşılaşacaq.

Daha əvvəl Türkiyə mətbuatı “Fənərbaxça”nın Rusiyanın “Qazprom” şirkəti ilə sponsorluq müqaviləsi bağlamaq üçün fürsət axtardığını yazmışdı.

Rusiyanın torpaqlarını işğal etdiyi Ukraynanın prezidenti Volodimir Zelenskinin yaxın günlərdə Türkiyəyə səfərindən sonra Rusiya və Türkiyə arasında gərginlik yaranıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button