“Neftçi”nin futbolçusunun qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb

“Neftçi”nin futbolçusu Freddi Varqasın Premyer Liqada vurduğu qolun videosu sosial mediada 22 milyondan artıq baxış toplayıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın rəsmi “instaqram” səhifəsində yayımlanan postun izlənmə sayı hələ də artmaqda davam edir.

27 yaşlı cinah oyunçusunun həmin videosuna 800 mindən çox bəyənmə və 1300-dən artıq şərh yazılıb.

Venesueladan olan futbolçu Misli Premyer Liqasının 30-cu turunda səfərdə “Karvan-Yevlax” üzərində 3:0 hesablı qələbə ilə başa çatan görüşdə komandasının sonuncu qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button