
“Neftçi”nin baş məşqçisi həmyerlisi haqda danışdı: “Hamısı yalan xəbərlərdir”
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ukraynalı futbolçu Andrey Ştoqrinin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, “UA Futbol”-a danışan ukraynalı mütəxəssis, həmyerlisi haqda yayılan xəbərlərin saxta olduğunu deyib:
“Hamısı yalan xəbərlərdir. Ştoqrinin klubla 2027-ci ilin yayına qədər olan müqaviləsi var və bildiyim qədəri ilə heç yerə transfer olunmaq planı yoxdur. O, komandamızda necə görünür? Onun özünün də güclü tərəfləri var. Bu yaxınlarda onu sağ cinah müdafiəçisi kimi oynatdım və o, yaxşı oynadı. Ştoqrin vicdanlı oyunçudur, dediyinizi edir. Əlindən gələni edir və maksimumunu verir. Ona heç bir sualım yoxdur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



