“Neftçi”dən günə 2 məşq

“Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsində hazırlığı davam etdirir.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi dünən olduğu kimi, bu gün də iki məşqə çıxıb. Klub bazasında baş tutan məşqdə fiziki və toplu çalışmalara üstünlük verilib. Hazırlıq sabah da iki məşqlə davam edəcək.

Xatırladaq ki, “Neftçi” Bakıdakı təlim-məşq toplanışı başa vuraraq yanvarın 13-də Türkiyəyə yola düşəcək. Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” ayın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan” (Liberes, Çexiya), 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button