“Neftçi”dən “Zirə”yə 8 qol

2018/19 mövsümündə 1-ci divizionun bürünc medallarını qazanmış “Neftçi”nin əvəzedici komandası yeni mövsümün hazırlığına başlayıb.

Komanda.az xəbər verir ki, iyulun 15-dən etibarən klubun bazasında məşq edən “ağ-qaralar”ın əvəzediciləri artıq ilk yoxlama oyununda da qüvvəsini sınayıb. Sözügedən kollektiv həmin məkanda keçirilmiş “Zirə-2” ilə yoxlama oyununda 8:2 hesablı qələbə qazanıb.

Avqustun 1-dək hazırlığı doğma bazada davam etdirəcək “Neftçi-2” iyulun 27-də “Sumqayıt-2” ilə sınaq matçında üz-üzə gələcək. “Ağ-qaralar” gələn ayın 2-dən 14-dək “Ruslan-93”də təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu nəzərdə tutulub.