“Qarabağ” və “Zirə” finalda!

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, əvvəlcə “Qarabağ” – “Qəbələ” oyunu baş tutub. “Qarabağ” səfərdəki ilk matçda Qəbələ təmsilçisini 3:1 hesabı ilə məğlub edib. Cavab görüşündə daha böyük hesabla qalib gələn “köhlən atlar” ilk finalçı olub.

Yarımfinalın daha maraqla gözlənilən oyununda “Neftçi” “Zirə” ilə qarşılaşıb. İlk görüşdə qapılara qol vurulmaması bu matça marağı daha da artırırdı. Premyer Liqada da oyunları daim gərgin mübarizə şəraitində keçən bu komandalar cavab matçının əsas vaxtında qapıya yol tapa bilməyiblər. Əlavə vaxtda da hesab açılmadığından penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Zirə” finala yüksələn tərəf olub.

Azərbaycan kuboku, yarımfinal
Cavab oyunları

29 aprel

Qarabağ – Qəbələ 5:0
Qol: R.Şeydayev, 5; 58. K.Borges, 13-pen; 17. L.Andrade, 37.
İlk oyun 3:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”, 17:30

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 15. Leandro Andrade, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Xayme Romero, 6. Patrik Andrade, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə
Baş məşqçi: Qurban Qurbanov

Qəbələ: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 28. Murad Musayev (k), 27. Məqsəd İsayev, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 34. Urfan Abbasov, 44. Salman Ələsgərov, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

Neftçi – Zirə 0:0 (penaltilər 2:4)
İlk oyun – 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
8-ci km stadionu, 20:30

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 9. Tyaqo Bezerra, 77. Gilyerme Pato, 7. Azər Əliyev, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.

Zirə: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 91. Coşqun Diniyev, 9. Loris Broqno, 92. Brayan Alseus, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button