
“Neftçi” ukraynalı müdafiəçini transfer edə bilər
“Neftçi” heyətini əcnəbi oyunçu ilə gücləndirə bilər.
Komanda.az “TaToTake” portalına istinadən xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Polesya” klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.
Zədələr səbəbindən 26 yaşlı futbolçu bu mövsüm cəmi dörd oyun keçirib və Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.
“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub artıq Beskorovaynı ilə işləmək təcrübəsinə malikdir. Ukraynalı müdafiəçi əvvəllər onun rəhbərliyi altında “Krivbass”da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



