“Neftçi” üçün daha bir sponsor

“Maximus” MMC “Neftçi” Peşəkar Futbol Klubunun yeni sponsoru olub.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Bu mövsümdən şirkətin təbii mineral süfrə sularının zəngin mənbəyi olan Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən, ecazkar təbiətə malik Qax rayonunda yerləşən istehsal sahəsində qablaşdırılan “Aqua Life” markalı mineral suları ilə “Neftçi”nin komandalarının su təminatı qarşılanacaq.

Müqavilənin detalları haqqında və digər məsələlərlə əlaqədar yaxın günlərdə keçiriləcək müqavilənin imzalanma mərasimində ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button