“Neftçi” tıxaca düşdü, oyun saatı dəyişdirildi

Azərbaycan Premyer Liqasının 13-cü turunun “Sumqayıt” – “Neftçi” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, 19:00-da deyil, 19:30-da start götürəcək.

Komanda.az xəbər verir ki, buna “Neftçi” klubunun yollarda yaranmış böyük tıxac səbəbindən stadiona oyun günü planına uyğun çata bilməməsi səbəb olub.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və əsasnamə rəhbər tutularaq oyunun 30 dəqiqə gec başlamasına qərar verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button