“Neftçi” “Şəki”yə qalib gəldi

Azərbaycan Basketbol Liqasının 12-ci turunda daha bir matç keçirilib.

Komanda.az xəbər verir ki, A qrupunda “Neftçi” “Şəki” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan matç “Neftçi”nin 82:60 hesablı qələbəsi ilə başa çatıb.

Turun daha əvvəl baş tutan görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” “Sumqayıt”ı (97:81), “Sabah” isə NTD-ni (121:76) üstələyib. 12-ci tura yanvarın 11-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button