“Neftçi” qapıçısı ilə yeni müqavilə imzaladı – rəsmi

“Neftçi” daha bir üzvü ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu qapıçısı Kamran İbrahimovla müqavilənin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qolkiperlə iki illik müqavilə imzalanıb. 20 yaşlı futbolçu 2022-ci il mayın sonunadək “Neftçi”nin uğurları üçün çalışacaq.

“Neftçi” daha əvvəl Emin Mahmudov, Anton Krivotsyuk və Ömər Buludovla da yeni müqavilə imzalamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button