“Neftçi” yeni transferini rəsmən açıqladı

“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” son olaraq Portuqaliyanın “Eştoril” klubunda çıxış edən Harramizi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı cinah yarımmüdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Harramiz ötən mövsüm “Eştoril”lə 33 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.