“Neftçi” keçmiş hücumçusuna borcunu ödədi

“Neftçi” keçmiş futbolçusu Mirabdulla Abbasova borcunu ödəyib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Oyunçuların Statusu və Transferi Komitəsi 28 yaşlı hücumçunun paytaxt klubuna qarşı işi ilə bağlı tələbinin təmin olunduğunu açıqlayıb.

“1 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 2022-ci il sentyabrın 1-dəki razılaşmaya əsasən, iddiaçının tələb etdiyi 80 000 manat kompensasiya məbləğinin qalan 23 585,5 manatı “Neftçi” tərəfindən ödənilib.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2022-ci ilin sentyabrında “Səbail”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button