“Neftçi” baş məşqçisi ilə vidalaşıb – RƏSMİ

“Neftçi” klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Monteneqrodan olan mütəxəssisin müqaviləsinin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

Klub Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.

Miodraq Bojoviç ötən ilin sonunda baş məşqçi təyin olunmuşdu. “Neftçi” Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”a uduzub (0:4,0:1), Premyer Liqada isə beşinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button