“Neftçi” 5 il sonra ilkə imza atdı

“Neftçi” 5 ildən sonra Misli Premyer Liqasında ardıcıl iki səfər oyununda üç və ya daha çox qol vurub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 18-ci turda “Araz-Naxçıvan”ı 4:0, 20-ci turda isə “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən bakılılar məhsuldarlıq seriyası yaxalayıblar.

“Ağ-qaralar”ın səfər matçlarında belə məhsuldarlığı sonuncu dəfə 2020/2021 mövsümünün sonunda qeydə alınıb. Paytaxt təmsilçisi 2021-ci ilin mayında keçirilən ardıcıl iki səfər görüşündə “Şamaxı”nı 3:0, “Səbail”i isə 4:0 hesabı ilə üstələmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button