“Neftçi”nin futbolçusu: “Səhvimi başa düşürəm”

“Neftçi-2″nin futbolçusu Rüfət Abbasov Əvəzedicilər Liqasının “Sabah-2” ilə oyunundan sonra (0:1) açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 90+4-cü dəqiqəsində rəqib futbolçunu qəsdən vuraraq meydandan kənarlaşdırılan müdafiəçi kobud hərəkətinə görə üzr istəyib:

“Səhvimi başa düşürəm. Etdiyim hərəkət peşəkar futbolçuya yaraşan hərəkət deyildi, bunu anlayıram. Matçın son dəqiqələri idi, məğlub olurduq, üstəlik, oyunum da alınmırdı. Bu səbəbdən gərgin idim və həmin an əsəblərimi cilovlaya bilmədim. Bütün komanda yoldaşlarımdan, məşqçi heyətimizdən, rəqib komandadan və şəxsən Səbuhi Qurbanovdan etdiyim hərəkətə görə üzr istəyirəm.

Oyundan sonra Səbuhi ilə şəxsən görüşdüm və üzrxahlığımı bildirdim. “Neftçi”nin əsas heyətinə dəvət olunan futbolçunun bu cür hərəkətə yol verməməli olduğunu başa düşürəm. Gələcəkdə bu cür halların bir daha təkrarlanmamasına çalışacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button