Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü

Sentyabrın 10-da gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb.

Komanda.az xəbər verir ki, ənənəvi olaraq keçirilən qəbulda idmançıları salamlayan nazir son bir ayın onların növbəti uğurları ilə yadda qaldığını bildirib.

Görüşdə paracüdo, cüdo, ağır atletika, karate idman növləri üzrə Avropa və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılar çıxış etdikləri yarışlar barədə məlumat verib, qazandıqları nəticələr və qarşıdakı yarışlara hazırlıqları haqda danışıblar.

İdmançıların təəsüratlarını dinləyən nazir Fərid Qayıbov, təcrübəli idmançılarımızın uşaq və yeniyetmələrı nümunə olduğunu bildirib, onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button