“Navas və mən iki yaxşı oğlanıq” – Donnarumma

PSJ-nin qapıçısı Canluici Donnarumma qış transfer pəncərəsində İngiltərə “Nottingem Forest”inə keçən Keylor Navasla Paris klubunda yaşadığı rəqabətdən danışıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, italiyalı qolkiper Navasın ona kömək etdiyini deyib:

“Keçən mövsüm mənə peşəkar inkişafda kömək etdi. Əsasən də Navasla rəqabətə görə. Bu, əvəzolunmaz təcrübədir. Ötən mövsüm meydançaya hər addım atanda hazır olmalı idim. Mən bunu təbii qəbul etdim.

Navas və mən iki yaxşı oğlanıq, bir-birimizlə anlaşdıq. Amma çətinliklər də var idi, bu, normaldır. Rəqabəti yaxşı qəbul etdik, o da mənim kimi komandaya kömək etməyə çalışdı və bu, həqiqətən vacib olan yeganə şeydir. Bu, təkcə mənə və Keylora deyil, bütün komandaya aiddir. Mən də komandadan gedə bilərdim, amma o getdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button