“Napoli”dən İngiltərə klubuna 60 milyonluq təklif

İngiltərənin “Kristal Pelas” klubunun futbolçusu Vilfrid Zaha karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Napoli”nin transfer hədəfindədir. “Lill”dən Nikolas Pepenin transferini həll edə bilməyən Neapol təmsilçisi, Zaha üçün hərəkətə keçib. “Napoli” “Kristal Pelas”a Zaha üçün 60 milyon pound təklif edib.

Bir müddət əvvəl “Arsenal” Zaha üçün 45 milyon avro təklif etmiş, amma 90 milyon tələb edən “Kristal Pelas” bu təklifdən imtina etmişdi.

Zaha “Kristal Pelas”ın heyətində son mövsümdə keçirdiyi 36 oyunda 10 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button