“Napoli”dən 10 milyonluq transfer

“Napoli” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Neapol təmsilçisi “Empoli”dən Covanni Di Lorensonu transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, 25 yaşlı müdafiəçinin artıq tibbi müayinədən keçdiyi bildirilib.

“Napoli” Covanni üçün “Empoli”yə 10 milyon avro ödəyəcək.

Geridə qalan mövsümdə 38 qarşılaşmada iştirak edən müdafiəçi 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button