“Bizə çətin olacağını bilirdik” – Emil Balayev

“Tobol” klubunun futbolçusu Emil Balayev Qazaxıstan çempionatının 18-ci turunda “Ordabası” ilə qarşılaşdıqları oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan Azərbaycan millisinin qapıçısı, 0:0 hesabıyla bitən matç haqda bunları deyib:

“Bir neçə gün əvvəl Lüksemburqun “Jeness Eş” klubu ilə çətin oyun keçirdik. Bunu unudub, qısa zamanda “Ordabası” ilə matçın hazırlıqlarına başladıq. Bizə çətin olacağını bilirdik. “Ordabası”nın intizamlı komanda olduğunu və maksimum nəticə əldə etmək üçün sona qədər mübarizə aparmalı olduğumuzu başa düşürdük. Hər iki komandanın da şansları oldu, nəticənin ədalətli olduğunu düşünürəm.

Liderliyə yüksəldiyimiz üçün şadam. İndi turnir cədvəlindəki bu mövqeyimizi qorumaq üçün çox çalışmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button