“La Liqanın çətin olacağını bilirik” – “Barselona”nın qapıçısı

“Barselona”nın qapıçısı Xuan Qarsiya La Liqa çempionluğu uğrunda mübarizədən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq məqsədlərinin hər matçda qalib gəlmək olduğunu söyləyib:

“La Liqanın çətin olacağını bilirik, amma məqsədimiz hər matçda qalib gəlməkdir. Bir sıra zəif oyunlardan sonra vəziyyəti dəyişmək və yaxşılaşdırmaq əzmindəyik. Komandanın son dərəcə diqqətli olduğunu görürəm”.

“Barselona” 12 turdan sonra 28 xalla turnir cədvəlində 2-ci yerdədir və lider “Real”dan 3 xal geri qalır. Kataloniya klubu 22 noyabrda evdə “Atletik”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button