Mircavadov: “Meydana çıxıb, oynayıb udmaq lazımdır, qurtardı, getdi”

UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb.

Püşkatmanın nəticəsinə görə, D Liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri də müəyyənləşib. Püşk zamanı birinci səbətdə yer alan milli komanda 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Püşkatmanın nəticəsini dəyərləndirməsi üçün AFFA Məşqçilər Komitəsinin üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun fikirlərini öyrəndik.

Mircavadov Komanda.az-a açıqlamasında oyunlara indidən hazırlaşmaq lazım olduğunu bildirib:

“Məqsəd yalnız birinci yeri tutmaqdır. O ki qaldı rəqiblərə, düşünürəm ki, normal yığmalardır. Meydana çıxıb, oynayıb udmaq lazımdır, qurtardı, getdi. Ona görə də, indidən hazırlaşmaq lazımdır. Ona görə lazımdır ki, oyunçu seçimi və oyunu daha da təkmilləşdirmək vacibdir. Yaddan çıxarmayaq ki, bu turnir (Millətlər Liqası) sentyabrda baş tutacaq və dörd oyun olacaq. Yəni, məqsəd, dediyim kimi, qrupda birinci yeri tutub, yuxarı qalxmaq lazımdır. İkinci olsaq, pley-off oynamalıyıq. Əsas məqsəd yuxarı qalxmaqdır, o da birinci yerlə”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button