Murad Musayevdən “Krasnodar” iddialarına reaksiya

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Krasnodar” komandasının “sükanı arxasına” keçəcəyi haqda iddialara münasibət bildirib.

Komanda.az “sports.ru”ya istinadən xəbər verir ki, Musayev, keçmiş klubunun onun mümkün qayıdışını nəzərdən keçirməsi iddialarının doğru olmadığını deyib.

“Klub çətin vəziyyətə düşüb. “Krasnodar”a güc və uğur arzulayıram” – deyə, 39 yaşlı mütəxəssis əlavə edib.

Murad Musayev 2017-2021-ci illərdə “Krasnodar”ın baş məşqçisi olub. Bu komandanı bir neçə gün əvvəl almaniyalı baş məşqçi Daniel Farke köməkçiləri ilə birlikdə tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button