Müller tarixi rekordu təkrarladı

“Bayern” Almaniya kubokunun 1/8 finalında “Maynts”ı məğlub edib (4:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin matç Münhen təmsilçisinin hücumçusu Tomas Müller üçün əlamətdar olub.

33 yaşlı almaniyalı futbolçu turnir tarixində hamıdan çox – 53-cü dəfə qələbə qazanıb. O, “Verder”in sabiq yarımmüdafiəçisi Mirko Votavunu qabaqlayıb.

Eyni zamanda, Tomas Müller Almaniya kubokunda çıxış etdiyi oyunların sayına görə (63) Münhen klubunun heyətində qapıçı Zepp Mayerin rekordunu təkrarlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button