“Barselona” Buffonla maraqlanır

Mövsümün sonunda “Yuventus”dan ayrılacağını açıqlayan Canluici Buffon karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 43 yaşlı qapıçı ilə “Barselona” klubu maraqlanır. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Xəbərdə, artıq tərəflər arasında ilkin danışıqların aparıldığı bildirilib.

“Barselona” Buffonu komandanın əsas qapıçısı Mark-Andre ter Ştegenə əvəzləyici kimi düşünür. Kataloniya təmsilçisi mövsümün sonunda italyan qapıçını azad agent kimi heyətinə qata bilər.