Hakan Çalhanoğlu “Milan”dakı gələcəyindən danışdı

Mövsümün sonunda “Milan”dan ayrılacağı iddia olunan Hakan Çalhanoğlu açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi, mövsümün sonunda klub rəsmiləri ilə görüşəcəyini deyib:

“Bu yerə qədər gəldiyimiz üçün çox xoşbəxtəm. Motivasiyamız yüksəkdir və Çempionlar Liqasına getmək istəyirik. “Milan”la bu turnirdə iştirak etmək istəyirəm, amma gələcəyim də sırf buna bağlı deyil. Mövsümün sonunda klub rəsmiləri ilə danışıqlar aparacağıq. Onlara hörmət edirəm, qərarı onlar verəcək”.

“Yuventus”un yaxından maraqlandığı Hakan bu mövsüm “Milan”la 42 oyunda 9 qol vurub, 12 məhsuldar ötürmə edib. 27 yaşlı futbolçunun “qırmızı-qaralar”la müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button