Mövsümün son matçında 90 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ural”la qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arsenal” 30 oyuna topladığı 23 xalla mövsümü 16 kollektiv arasında sonuncu pillədə başa vurub. Tula təmsilçisi 29 xalla 15-ci olan “Rubin”lə birgə elitanı tərk edib. 32 xalla 13-cü və 30 xalla 14-cü olan “Ximki” ilə “Ufa” isə elitada qalmaq üçün pley-off oyunlarında iştirak edəcək.

Ayaz geridə qalan mövsümdə “Arsenal”ın heyətində Premyer Liqa çərçivəsində 24 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button