Mourinyonu belə tənqid edən olmamışdı

İtaliya millisinin və “Roma”nın sabiq hücumçusu Antonio Kassano növbəti dəfə “Roma”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib.

Komanda.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Mənim üçün Mourinyo sıfırdır və xoşagəlməz futbol oynadır. “Roma” gah qalib gəlir, gah da uduzur, amma onların futbolu həmişə eynidir. Heç ardıcıl üç ötürmə də etmirlər. O, özünü fenomen sayır və Pep Qvardiola olmaq istəyir. Amma xəyallarında belə, ola bilməz. Fakt budur ki, “Roma” 20 il əvvəlin futbolunu oynayır. Mourinyo “Roma” ilə kubok qazandı, bundan sonra da istədiyini qazana bilər. Ancaq reallıq belədir ki, o, Romada ədəbsiz davranır, fəlakətlər törədir. Əksər futbolçular onun çalışdırdığı komandalardan ayrılmaq istəyir”.

Xatırladaq ki, “Roma” hazırda A Seriyasının turnir cədvəlində 3-cü pillədədir. Mourinyo 2021-ci ilin yayından çalışdırdığı “Roma”nı 100-ə yaxın oyuna çıxarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button